Dünyada kiraların ən çox artdığı şəhərlər bəlli oldu



Deutsche Bankın “Mapping the World’s Prices 2025” araşdırması qlobal kirayə artımlarında diqqətçəkən mənzərəni ortaya qoyub.

 AFN.az xəbər verir ki, şəhər mərkəzindəki 1 yataq otaqlı mənzillər əsasında aparılan müqayisədə 2020-2025-ci illər arasında bəzi şəhərlərdə kirayələr dollar ifadəsində iki dəfə artıb.

Dünyanın böyük şəhərlərində kirayə qiymətləri son 5 ildə diqqətçəkən dəyişiklik yaşayıb. Deutsche Bankın araşdırmasına görə, 69 şəhərdə şəhər mərkəzində yerləşən 1 yataq otaqlı mənzillərin kirayə qiymətlərindəki dəyişiklik araşdırılıb. Siyahıda Buenos-Ayres, Ər-Riyad, Mexiko, Lissabon, Sinqapur və Dubay kimi şəhərlər önə çıxarkən, zirvədəki şəhər artım faizi ilə təəccüb yaradıb.

Deutsche Bankın “Mapping the World’s Prices 2025” araşdırması dünyanın aparıcı şəhərlərində kirayə qiymətlərinin necə dəyişdiyini ortaya qoyub.

Araşdırmada şəhər mərkəzindəki 1 yataq otaqlı mənzillərin kirayə qiymətləri əsas götürülüb.

Tədqiqatda 2020-2025-ci illər arasında dollar ifadəsində kirayə artımları araşdırılıb.

Buna görə, bəzi şəhərlərdə kirayələrin 100 faizdən çox artdığı müəyyənləşdirilib.

Araşdırmaya görə, 2020-2025-ci illər arasında kirayələrin ən çox artdığı şəhərlər belə sıralanıb:

Barselona: 47,3 faiz

Dubay: 53,9 faiz

Sinqapur: 55,4 faiz

Madrid: 59,1 faiz

Edinburq: 60,4 faiz

Lissabon: 72,3 faiz

Mexiko: 74,4 faiz

Ər-Riyad: 116,5 faiz

Buenos-Ayres: 118,3 faiz

İstanbul: 178,5 faiz




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu