Aİ sentyabrda İsrailə qarşı sanksiyalar qəbul edəcək?


Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin sentyabrın 1-2-də keçiriləcək qeyri-rəsmi görüşündə İsrailə qarşı sanksiyaların tətbiq olunması barədə razılığa gələ biləcəkləri inandırıcı görünmür.

AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, İsrailin ABŞ tərəfindən dəstəklənən Qəzzada nizamlanma planından imtina etməsi sanksiya əleyhdarlarının mövqelərini sarsıtsa da, Aİ ölkələri liderlərinin sanksiyalar üzrə razılıq əldə edə biləcəyi ehtimalı aşağıdır.

"Politico"nun mənbələrinin məlumatına görə, sanksiyaların razılaşdırılması prosesi ləngiyir.

Bundan əvvəl Belçikanın Baş naziri Bart De Uever Aİ-nin İsrailə qarşı heç vaxt sanksiya qəbul etməyəcəyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu