Messi futboldan gedir?



Argentinalı futbol ulduzu Lionel Messi 68 yaşında vəfat edən atası və meneceri Xorxe Messi üçün duyğusal vida mesajı yayımlayıb.

AFN.az xəbər verir ki, sosial media hesabından paylaşım edən 39 yaşlı futbolçu yaşadığı ağrını dilə gətirərkən Dünya Kuboku prosesində baş verənləri də danışıb və futbola davam edib-etməyəcəyi ilə bağlı şübhələrinin olduğunu ifadə edib.

Atası üçün keçiriləcək dəfn mərasiminə qatılmaq məqsədilə Argentinanın Rosario şəhərinə gedən Messi paylaşımında atasının vəfatına inanmaqda çətinlik çəkdiyini bildirib. İdman dünyasından Kristiano Ronaldo, Neymar, Luka Modriç və Karlos Alkaraz kimi bir çox isim də paylaşımın altına başsağlığı mesajlarını yazıb.

Messi atasının ağır səhhət problemləri səbəbindən ABŞ-da keçirilən 2026 Dünya Kubokuna gələ bilmədiyini bildirib.

Turnirdən əvvəl atasının vəziyyətinin ağırlaşdığını qeyd edən argentinalı ulduz “Son bir Dünya Kubokunda daha oynamağımı daim sən istəyirdin. Anam yaxşı olacağını və oyuna gələ biləcəyini demişdi. Sənə finala çıxacağımızı, beləliklə oyuna gələ biləcəyini söyləmişdim” ifadələrini işlədib.

Xəstəlik səbəbindən atası ilə əvvəlki kimi danışa bilmədiyini bildirən Messi hər oyundan sonra atasından gələcək mesajı gözlədiyini və vəziyyətin ciddiliyini məhz həmin vaxt anladığını vurğulayıb.

Argentina ilə İspaniyanın qarşılaşdığı final matçına da toxunan təcrübəli futbolçu kuboku atasına gətirmək istədiyini, lakin fiziki olaraq sərhədlərini zorlamasına baxmayaraq buna nail ola bilmədiyini bildirib.

Atasının yoxluğunda gələcəyinin qeyri-müəyyən olduğunu vurğulayan Messi “Sadəcə futbol oynadım və indi bunu daha nə qədər edəcəyimlə bağlı ciddi şübhələrim var. Əvvəldən yanımda idin, sona çox az qalmışdı. Niyə bir az daha dözmədin ki, birlikdə başa vura bilmədik?” paylaşımında bildirib.

Atasının onun üçün həm ata, həm dost, həm də menecer olduğunu qeyd edən Messi övladlarını da atasının onu böyütdüyü kimi böyüdəcəyini bildirib.

Messi həmçinin ailəsinə göstərilən dəstəyə, hörmətə və başsağlığı mesajlarına görə bütün sevənlərinə təşəkkür edərək şəxsi həyatına hörmət göstərilməsini xahiş edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu