Cənubu Koreya Yasukuni məbədinə görə Yaponiyaya etiraz edib
Cənubi Koreya Xarici İşlər Nazirliyi yapon siyasətçilərin Şərqi Asiya ölkələrində militarizm rəmzi hesab edilən Yasukuni məbədinə nəzir göndərmələri və ziyarət etmələrinə görə təəssüfünü bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Seul yapon rəhbərliyinin Yaponiyanın keçmiş təcavüzkar müharibələrinin qəhrəmanlaşdırıldığı və hərbi cinayətkarların xatirəsinin əbədiləşdirildiyi məbədi növbəti dəfə ziyarət etməsini tarixi unutmağa yönəlmiş addım kimi qiymətləndirib. Cənubi Koreya hökuməti Yaponiyanı tarixlə dürüst üzləşməyə və səmimi peşmanlıq nümayiş etdirməyə çağırıb.
Xatırladaq ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi İkinci Dünya müharibəsində kapitulasiya elan olunmasının 81-ci ildönümü münasibətilə Yasukuni məbədinə nəzir göndərib, Müdafiə naziri Şindjiro Koizumi və hakim partiyanın digər rəhbər şəxsləri isə məbədi şəxsən ziyarət ediblər. Hadisə ilə əlaqədar Yaponiyanın Seuldakı səfirliyinin müavini Cənubi Koreya XİN-ə çağırılıb.



