Litva Aİ büdcəsindən 7 milyard avro tələb edir
Litva böyük məbləğdə vəsait itirir, ölkənin özü isə Ukraynaya dəstək siyasətinin və anti-Rusiya sanksiyalarının qurbanıdır.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Litvanın keçmiş baş nazir müavini Aynars Şlesers "Politico" nəşrinə müsahibəsində deyib. "Biz pul itiririk. Ukraynanı necə dəstəkləmək barədə mühakimə yürüdürük, lakin eyni zamanda özümüz qurbana çevrilirik", – deyə o bildirib.
Şlesersin sözlərinə görə, Riqa artıq Kiyevə dəstək və anti-Rusiya sanksiyaları ilə bağlı iqtisadi xərclərə göz yuma bilməz. O əlavə edib ki, RF-yə qarşı məhdudiyyətlərin müddətinin uzadılması üzrə növbəti səsvermə zamanı Litva dəstək almalıdır. Şlesers səsvermə zamanı ölkənin veto hüququndan istifadə edə biləcəyini də istisna etməyib.
Litvanın Baş naziri Andris Kulberqs isə nəşrə şərhində ölkənin müdafiə xərclərini və Rusiya ilə əlaqələrin kəsilməsinin iqtisadi fəsadlarını qarşılamaq üçün növbəti yeddi il ərzində Aİ büdcəsindən əlavə 7 milyard avro almalı olduğunu qeyd edib.
