İngiltərənin Baş naziri Trampın aparat rəhbərini təqlid edən şəxslə yazışıb



İngiltərə Baş naziri Endi Burnham ABŞ Prezidenti Donald Trampın aparat rəhbəri Suzi Vaylsı təqlid edən şəxslə mesajlaşıb.

AFN.az xəbər verir ki, Politico xəbər saytının 4 rəsmi şəxsə istinadən yaydığı məlumata görə, Burnham Trampın aparat rəhbəri Vayls kimi davranan şəxslə əlaqə saxlayıb.

İngiltərə Baş naziri Burnham daha sonra sözügedən şəxsin həqiqi olmadığından şübhələnib.

Burnham ilə Trampın aparat rəhbərini təqlid edən şəxs arasında nələrin danışıldığı və mesajların nə vaxt göndərildiyi məlum deyil.

İngiltərə Baş nazirliyinin 10 nömrəli ofisi Politico-nun xəbəri ilə bağlı açıqlamasında “Milli təhlükəsizlik məsələləri ilə bağlı şərh vermirik” ifadəsini işlədib.

Mənbələr Burnhamın Baş nazirlik ofisinə daxil olduqdan sonra bir neçə mesaj mübadiləsi apardığını, lakin bunların heç bir əhəmiyyət daşımadığını bildiriblər. Həmçinin mesajların şübhəli olduğu düşünülən kimi dərhal aidiyyəti qurumlara məlumat verildiyi qeyd olunub.

İngiltərənin Vaşinqtondakı səfirliyi də hadisə ilə bağlı narahatlığını Ağ Evə çatdırıb.

Ağ Ev isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Ağ Ev və FTB ötən il senatorlar, qubernatorlar və ABŞ-lı iş adamlarının Trampın aparat rəhbəri olduğunu iddia edən şəxsdən mesaj və telefon zəngləri almasından sonra araşdırma başladıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu