Çin və Hindistan sərhəd məsələsi üzrə görüş keçirəcək


Çin Xalq Respublikası və Hindistan hakimiyyəti avqustun 25-də Çin paytaxtında sərhəd məsələsi üzrə xüsusi nümayəndələrin 25-ci görüşünü keçirəcək.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bəyan edib.

O bildirib ki, məsləhətləşmələrdə ÇXR-i xarici işlər naziri Van İ təmsil edəcək. Hindistan tərəfindən isə Baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Acit Dovalın iştirakı planlaşdırılır.

Qeyd edək ki, Çin ilə Hindistan arasında Himalay dağlarında demarkasiya olunmuş sərhəd yoxdur, onları faktiki nəzarət xətti ayırır – bu da onilliklər ərzində gərginlik mənbəyi olaraq qalır. Bu ərazidə sonuncu ciddi kəskinləşmə 2020-ci ilin mayında, Ladaqx dağlıq bölgəsində Hindistan və Çin hərbçiləri arasında toqquşmalar baş verən zaman yaşanıb. Pekin və Yeni Dehli oraya 50 min əsgər və zabit, ağır artilleriya, tanklar və aviasiya toplamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu