Nepaldə sel fəlakəti: Çin tərəfində 3 nəfər öldü, 268 nəfər itkin düşdü
Nepalın Çin sərhədinə yaxın Rasuva və ətrafında baş verən sel nəticəsində Çinin Tibet Muxtar Rayonunda 3 nəfərin həyatını itirdiyi, 268 nəfərdən isə xəbər alınmadığı bildirilib.
AFN.az xəbər verir ki, Nepalda baş verən sel Çin tərəfdə də genişmiqyaslı torpaq sürüşməsinə səbəb olub.
Xinhua-nın məlumatına görə, Nepaldakı sel Tibet Muxtar Rayonunun Şiqatse şəhərinə bağlı Gyirong rayonunda böyükmiqyaslı torpaq sürüşməsinə yol açıb.
Gyirong rayonunun fövqəladə hallar üzrə idarəetmə mərkəzindən verilən açıqlamada, selin səbəb olduğu torpaq sürüşməsi nəticəsində 3 nəfərin həyatını itirdiyi, 268 nəfərin isə hələ də itkin olduğu bildirilib.
Çin Prezidenti Şi Cinpin itkin düşən şəxslərin axtarışı və xilasetmə işləri üçün bütün səylərin səfərbər edilməsi barədə göstəriş verib.
Sosial mediada yayılan görüntülərdə Çinin Nepal ilə ticarətinin böyük hissəsinin həyata keçirildiyi keçid məntəqəsi olan Gyirong sərhəd qapısının nəhəng palçıq yığını ilə örtüldüyü, insanların isə ətrafa qaçdığı görülüb.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə ölənlərin sayının artacağından narahatlıq var.


