KXDR London sanksiyalarına görə səfirini geri çağırır


Koreya Xalq Demokratik Respublikası hakimiyyəti Londonun "Sondovon" uşaq düşərgəsinə qarşı tətbiq etdiyi sanksiyalara görə münasibətlərin səviyyəsini düşürmək və Böyük Britaniyadakı səfirini geri çağırmaq qərarına gəlib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KXDR XİN məlumat yayıb.

"May ayında Böyük Britaniya hökuməti ədalətsiz və əsassız bəhanə ilə "Sondovon" beynəlxalq uşaq düşərgəsini anti-Rusiya sanksiyaları siyahısına daxil edərək siyasi təxribat törədib. Bununla əlaqədar KXDR hökuməti diplomatik cavabın bir hissəsi kimi diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirmək üçün tədbirlər görüb", - deyə KXDR XİN-in bəyanatında bildirilir.

KXDR-in Londondakı səfirinə başqa vəzifə təklif olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu