Endi Bernem Böyük Britaniyanın Ukrayna ilə bağlı mövqeyini açıqladı
Böyük Britaniyanın Baş naziri Endi Bernem Ukraynanı dəstəkləmək niyyətində olduğunu, lakin münaqişənin eskalasiyasını istəmədiyini bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə siyasətçi Böyük Britaniya parlamentinin İcmalar palatasında (aşağı palata) hökumət rəhbəri kimi ilk çıxışı zamanı bəyan edib.
"Biz eskalasiyaya can atmırıq, lakin Ukraynanın özünü müdafiə etməsi üçün ehtiyac duyacağı köməyi göstərmək məsələsində qətiyyətli qalacağıq", - deyə hakim Leyboristlər Partiyasının lideri bildirib.
O, Birləşmiş Krallığa yönəlmiş təhdidlərin xarakteri necə olursa-olsun, özündən əvvəlki sələflərinin Ukraynaya bəslədiyi münasibəti dəyişməyəcəyinə söz verib.
