Rubio: ABŞ və Ukrayna "Patriot" lisenziyası üzrə danışıqlar aparır
ABŞ və Ukrayna Kiyevə "Patriot" zenit-raket komplekslərinin istehsalı üçün lisenziyanın verilməsi məsələsini müzakirə edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı məsələ ilə tanış olan rəsmi mənbələrə istinadən xarici KİV-lər yayıb.
Bununla belə, tərəflər arasında danışıqların texniki və hüquqi detallarının razılaşdırılması prosesinin davam etdiyi bildirilir. İstehsal lisenziyasının verilməsi Kiyevin hava hücumundan müdafiə imkanlarını genişləndirmək və Amerika raket-hava hücumundan müdafiə sistemlərinin yerli şəraitdə buraxılışını təşkil etmək məqsədi daşıyır.


