İsrail ABŞ-ın İrana qarşı genişmiqyaslı yeni əməliyyat keçirəcəyini az ehtimal edir


İsrail hakimiyyəti ABŞ-ın noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərinədək İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edəcəyini az ehtimal olunan hesab edir.

AFN.az xəbər verir ki, bu barədə "Al-Monitor" portalı İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

"Hörmüz boğazının əhəmiyyətini tam anlamaqla yanaşı, bu məsələ bizi daha az maraqlandırır. Biz ondan çıxış edirik ki, ABŞ-dakı aralıq seçkilərədək Prezident Donald Tramp miqyaslı addımlar atmayacaq, yalnız artıq atılmış addımları möhkəmləndirəcək ki, bu da az şey deyil" - deyə portalın mənbəsi bildirib.

İsrail hakimiyyətinin qənaətinə görə, Vaşinqton hazırda diqqətini Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasına yönəldib. İsrail rəhbərliyi hesab edir ki, ABŞ-ın sanksiya təzyiqi və İranın iqtisadi blokadası genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmadan məsələnin həllinə kifayət edəcək.

Portalın digər mənbəsi əlavə edib ki, mövcud vəziyyət İsrail üçün ən əlverişli və effektiv olanıdır: "Bütün pis alternativlər arasında bu, ən yaxşısıdır — ABŞ-nin blokadasının və iqtisadi sanksiyalarının kəskinləşdirilməsi".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu