Almaniya HDQ 500 km-dən çox mənzilə malik balistik raketi sınaqdan keçirib


Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) Şimali Atlantikada İsrailin istehsalı olan "Lora" (Long Range Attack) balistik raketini uğurla sınaqdan keçirib.

AFN.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya HDQ-nin nümayəndəsinə istinadən məlumat yayıb.

Sınağa hazırlıq gizli saxlanılsa da, Almaniya tərəfi 45 gün əvvəl aviasiya qurumlarına və gəmiçilik şirkətlərinə xəbərdarlıq edib. "Israel Aerospace Industries" şirkətinin istehsal etdiyi raket İrlandiya ilə İslandiya arasındakı sularda freqatdan atılıb. Hazırda Almaniya hakimiyyəti Bundesver üçün bu cür sistemlərin əldə edilməsi planlarını reallaşdırmaq niyyətindədir.

HDQ-nin müfəttişi, vitse-admiral Yan-Kristian Kaak bildirib: "Dünən Şimali Atlantikada balistik raketi uğurla buraxaraq Almaniya Hərbi Dəniz Qüvvələrinin tarixinə düşdük. Mən bu nəticədən çox razıyam". Onun sözlərinə görə, sınaq dənizdə çəkindirmə və müdafiə qabiliyyəti sahəsində yeni bir səhifədir.

"Lora" raketləri əldə edildiyi təqdirdə, sistem Bundesverin arsenalında "Taurus"dan sonra 500 kilometrdən çox mənzilə malik ikinci raket olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu