Şimali Koreya sınaq buraxılışında super böyük döyüş başlığı tutumlu raketdən istifadə etdiyini açıqlayıb


Şimali Koreya dünənki sınaq atışlarında istifadə edilən raketin 4,5 tonluq sinifdə super böyük döyüş başlığı daşıya bilən taktiki ballistik raket olduğunu açıqlayıb.



Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya Raket İdarəsi dünən həyata keçirdiyi raket sınağının təfərrüatlarını açıqlayıb.

Açıqlamada yeni tip strateji ballistik raket kimi təqdim edilən "Hwasongpho-11Ta-4.5" raketinin uğurlu sınaqda istifadə edildiyi bildirilib.

Sınaq atışının ağır döyüş başlığı ilə təchiz edilmiş raketlə maksimum 500 kilometr və ən az 90 kilometr mənzilə sahib olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu