Şimali Koreya daha bir raket sınağının uğurlu alındığını açıqlayıb


Şimali Koreya Cənubi Koreyanın dünən partladığını elan etdiyi raket sınağını uğurla həyata keçirdiyini iddia edib.


Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Koreya Raket İdarəsindən verilən açıqlamada dünən 170-200 kilometrlik ərazidə çox başlı raket sınağı həyata keçirildiyi bildirilib.

Açıqlamada raket texnologiyasının sürətli inkişafına uyğun olaraq sınağın uğurla həyata keçirildiyi iddia edilib.

Həmçinin çoxbaşlı raketin üç fərqli hədəfi düzgün vurduğu və sınağın Şimali Koreyanın raket texnologiyasının inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Cənubi Koreya Baş Qərargahının dünən verdiyi açıqlamada yerli vaxtla saat 05.30 radələrində Pxenyan yaxınlığından atılan “ballistik raketin” 250 kilometr uçduqdan sonra Şərq dənizi üzərində havada partladığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu