Niger zabiti Çad, Fransa və Beninin qiyamda əli ola biləcəyini istisna etmir


Çad, Fransa və Benin nümayəndələri Nigerdə hərbi çevriliş cəhdində iştirak edə və ya onun hazırlanması barədə əvvəlcədən xəbərdar ola bilərdilər.

AFN.az xəbər verir ki, bu barədə Niger ordusunun kapitanı Roje Qabriel RTN dövlət teleradio şirkətinin efirində bəyan edib.

Zabitin sözlərinə görə, qiyam zamanı Çaddan olan tanışından zəng alıb və həmin şəxs 101-ci aviasiya bazasını ələ keçirən hərbçilərə dəstək hazırlandığını bildirib: "Mənə izah etdilər ki, Çad ərazisindən hakimiyyət orqanları və Fransanın xüsusi təyinatlıları tərəfindən təşkil olunan müdaxilə hazırlanır".

Qabriel bildirib ki, devrilmiş prezident Məhəmməd Bazumun ətrafından olan nümayəndələr də onunla əlaqə saxlayıb. Onlar Benin hakimiyyətinin baş verənlərdən xəbərdar olduğunu və qiyamçılara dəstək verməyə hazırlaşdığını iddia ediblər. Bu iddiaların hələlik təsdiqi yoxdur.

Avqustun 29-na keçən gecə bir qrup hərbçi 101-ci aviasiya bazasını ələ keçirərək Niameyin strateji əhəmiyyətli obyektlərinə atəş açıb. Hökumət qüvvələri Rusiya Müdafiə Nazirliyinin Afrika Korpusunun köməyi ilə qiyamı yatırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu