Çin İkinci Dünya Müharibəsinin yekunlarına yenidən baxılmasına qarşıdır


Çin İkinci Dünya Müharibəsindən sonra bərqərar olmuş dünya nizamına qarşı çıxmaq cəhdlərinin qarşısını almağa hazır olduğunu bəyan edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının vitse-premyeri Din Süeşyan Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edərkən bildirib.

"Biz tərəfdaşlarımızla təmasları və qarşılıqlı əlaqələri möhkəmləndirməyə, BMT Nizamnaməsinin məqsədlərinə əməl etməyə, beynəlxalq ədaləti qorumağa və İkinci Dünya Müharibəsinin yekunlarına, eləcə də müharibədən sonrakı dəniz nizamına qarşı çıxmaq cəhdlərinin qarşısını almağa hazırıq", - deyə Din Süeşyan vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu