Minneapolisdə silahlı hücum: Çox sayda yaralı var
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verən silahlı hücumda ilkin məlumata görə, aralarında iki polis əməkdaşının da olduğu çox sayda insan yaralanıb.
AFN.az xəbər verir ki, hadisə Minneapolis şəhər mərkəzində baş verib.
Hadisə ilə bağlı açıqlama verən səlahiyyətlilər Minneapolis şəhər mərkəzində silahlı hücumun baş verdiyini bildiriblər.
Səlahiyyətlilər hücumda ilkin məlumata görə, aralarında iki polis əməkdaşının da olduğu çox sayda şəxsin yaralandığını açıqlayıb. Onlar polislərin həyatlarının təhlükədə olub-olmadığı və daha çox yaralının olub-olmaması ilə bağlı əlavə məlumat verməyiblər.
Minnesota qubernatoru Tim Walz sosial media hesabında verdiyi açıqlamada bildirib: “İctimai təhlükəsizlik komandamız bu gün günortadan sonra Minneapolis şəhər mərkəzində baş verən silahlı hücuma müdaxilə edir. Ştat rəsmiləri yerli hüquq-mühafizə orqanlarına dəstək olmaq üçün hadisə yerindədir və daha çox məlumat əldə etdikcə paylaşacağıq”.
