Fransa 1900-cü ildən bəri ən isti yayını keçirib



Fransanın Ekoloji Keçid naziri Monik Barbu ölkəsinin hava şəraiti ilə bağlı qeydlərin aparılmağa başlandığı 1900-cü ildən bəri ən isti yayını keçirdiyini bildirib.

AFN.az xəbər verir ki, Barbu paytaxt Paris yaxınlığındakı Sen-Mande şəhərində Fransanın meteorologiya agentliyi Meteo-France-ın mərkəzində mətbuata yay aylarında təsirli olan həddindən artıq istilər və meşə yanğınları ilə bağlı açıqlama verib.

Fransada hava şəraiti ilə bağlı qeydlərin aparılmağa başlandığı 1900-cü ildən bəri qeydə alınan ən isti yayı yaşadıqlarını bildirən Barbu bu ilin yay fəslinin tarixə düşəcəyini deyib.

Barbu bu yay yüksək temperatur səbəbindən bəzi məktəblərdə təhsilin dayandırıldığını xatırladaraq, “Xəstəxanalar 35 dərəcəni aşan temperaturda xəstələri qəbul etmək məcburiyyətində qaldı” deyib.

Meşə yanğınlarının da təsirli olduğu yay ayları ilə bağlı Barbu, “Bəzi evlər dağıldı və istilər səbəbindən gənclər də daxil olmaqla çox sayda fransız həyatını itirdi” ifadəsini işlədib.

Barbu iqlim dəyişikliyinə uyğunlaşmaq üçün Fransanın həyatın bütün sahələrində və iqtisadiyyatda həll yollarına ehtiyac duyduğunu vurğulayaraq, gələn yaya qədər bütün məktəblərdə yenilənmə işləri apara bilməyəcəklərini, lakin panjur və ventilyatorlar quraşdıra biləcəklərini bildirib.

Fransalı nazir “Avqustun sonunda meşə yanğınları artıq son 20 ilin orta göstəricisindən 6 dəfə çox ərazini külə çevirmişdi” deyə bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu