Moldovada NATO ölkələrinin hərbçilərinin iştirakı ilə təlimlər keçiriləcək
Moldovada sentyabrın 4-dən 19-dək ABŞ və Rumıniya hərbçilərinin qatıldığı "Alovlu qalxan – 2026" (Fire Shield – 2026) adlı birgə hərbi təlimlər keçiriləcək.
AFN.az-ın yerli mediaya istinadən məlumatına görə, Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, manevrlər ölkənin şimal, mərkəz və cənub təlim mərkəzlərini əhatə edəcək, hərbi texnika və şəxsi heyətin yerdəyişməsi isə təhlükəsizlik məqsədilə gecə saatlarında aparılacaq.
Bu addım Tiraspolda narahatlıq yaradıb. Tanınmamış Dnestryanı rejimin hakimiyyəti son vaxtlar Moldova ordusunun fəallığının artmasından şikayətlənib və diqqəti ona yönəldib ki, NATO əsgərlərinin qatıldığı təlimlər tez-tez Bulboaka hərbi poliqonunda keçirilir — bu ərazi isə Dnestr çayı boyunca Rusiya sülhməramlılarının nəzarət etdiyi silahsızlaşdırılmış zonaya yaxın yerləşir.


