Şor: Moldovada NATO-nun minlərlə əsgəri var
Moldovanın müxalif “Qələbə” blokunun lideri İlan Şor bildirib ki, hazırda Moldovada bir neçə min NATO əsgəri yerləşdirilib.
AFN.az xəbər verir ki, o bu barədə Rossiya-24 kanalına verdiyi müsahibədə danışıb.
“Bugünkü qiymətləndirmələrimizə görə, Moldovada bir neçə min NATO əsgəri var. Bizim məlumatımıza görə, Avropa liderləri Moldovanı ikinci Ukraynaya çevirmək istəyirlər, amma bunu öz əlləri ilə etməyəcəklər. Buna görə də son altı ay ərzində Moldova silahlarla doldurulub”, – deyə Şor bildirib.
O, Qərbin ölkəni öz eksperimentləri üçün poliqona çevirmək istədiyini vurğulayıb.
RANHiGS Milli Təhlükəsizlik və Hüquq İnstitutu üzrə hərbi ekspert Aleksandr Stepanov bildirib ki, NATO respublika ərazisində yük lojistikası və hərbi bölmələrin hərəkətini nəzarət etmək üçün bazalar formalaşdırır.


