Yaponiyada güclü yağışlar qatar reyslərini dayandırdı: 140 mindən çox insan təsirləndi



Yaponiyanın paytaxtı Tokioya təsir edən güclü yağışlar səbəbindən ləğv edilən qatar reyslərindən 140 mindən çox insan zərər çəkib.

AFN.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Tokioda yağan güclü yağışlar gündəlik həyata mənfi təsir göstərib.

Dəmir yolu operatorları verdikləri açıqlamada Tokioda təsirli olan güclü yağışlar səbəbindən bəzi qatar reyslərinin ləğv edildiyini bildiriblər.

Açıqlamada ləğv edilən qatar reyslərinin 140 mindən çox insana təsir etdiyi qeyd olunub.

Yaponiya Meteorologiya Agentliyi (JMA) güclü yağışlar səbəbindən paytaxt Tokionun cənubundakı vulkanik Niicima adası üçün ən yüksək səviyyəli sürüşmə xəbərdarlığı yayımlamışdı.

Adada mümkün torpaq sürüşmələrinə qarşı ən yüksək səviyyəli həyəcan siqnalında qalınması tələb olunan açıqlamada paytaxt və ətrafındakı Saitama və Çiba prefekturalarında güclü yağışların təsirinin həftə ərzində davam edə biləcəyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu