Nyu-York sakinləri 11 Sentyabr hücumlarından sonra hava keyfiyyəti ilə bağlı aldadılıb



ABŞ-ın Nyu-York şəhərində 11 sentyabr 2001-ci ildə törədilən terror hücumlarından sonra şəhər sakinlərinin hava keyfiyyəti ilə bağlı illərdir aldadıldığı iddia edilib.

AFN.az xəbər verir ki, “New York Times” (NYT) qəzetinin xəbərində 11 Sentyabr hücumlarından sonra şəhərdə hava keyfiyyəti ilə bağlı 170 mindən çox səhifə sənədin araşdırıldığı bildirilib.

Nyu-York Bələdiyyəsinin də bu sənədləri ictimaiyyətə açıqlayacağı qeyd edilən xəbərdə hücumlardan sonra Nyu-York sakinlərinə dağılan qüllələrin ətrafındakı havanın nəfəs almaq üçün təhlükəsiz olduğu dəfələrlə bildirildiyi qeyd olunub.

Xəbərdə hücumlardan 10 ay sonra belə səhiyyə rəsmilərinin asbestin olduğuna dair sübutlar aşkar etdiyinə diqqət çəkilərək, sənədlərin Nyu-York sakinlərinin dağılan qüllələrin yerləşdiyi əraziyə təhlükəsiz vəziyyətə gətirilməmişdən əvvəl qayıtmaları barədə göstəriş verildiyi fikrini gücləndirdiyi vurğulanıb.

Bu vəziyyətin işçiləri və bölgə sakinlərini təhlükəli toksinlərə məruz qoymuş ola biləcəyi bildirilən xəbərdə sənədlərin yayımlanmasının şəhəri yeni məhkəmə iddiaları ilə üz-üzə qoya biləcəyi və 11 Sentyabrdan sonra xəstələnən şəxslərin təzminat fondlarına müraciətlərinə kömək edə biləcəyi qeyd edilib.

Xəbərdə “Hücumlarla əlaqəli xəstəliklərdən ölənlərin sayının 11 Sentyabrda həyatını itirən təxminən 3 min nəfərdən çox olduğuna inanılır. Bu şəxslər ağciyər və qan xərçəngləri ilə yanaşı, ürək və tənəffüs xəstəliklərinin qurbanı olurlar” ifadələrindən istifadə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu