Rusiya: Litvada nüvə silahı yerləşdirilərsə, bu ölkə ərazisi hədəfimiz olacaq
Kremlin sözçüsü Dmitri Peskov Litvada nüvə silahının yerləşdiriləcəyi təqdirdə ölkə ərazisinin Rusiyanın nüvə silahlarının hədəfinə çevriləcəyini bildirib.
AFN.az xəbər verir ki, Peskov bunun vəziyyəti ciddi şəkildə gərginləşdirəcəyini deyib.
Rusiyanın “Pervıy Kanal” televiziyasına danışan Peskov Litvanın konstitusiyasında nüvə silahına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı planları şərh edib.
Peskov bunun proqnozlaşdırılan addım olduğunu bildirib.
“Əgər ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, bu, kiməsə qarşı olmalıdır. Görünən odur ki, bu silah Qərbə qarşı deyil, Şərqə, yəni bizə qarşı olacaq. Əgər hansısa ölkədə bizə qarşı nüvə silahı olarsa, həmin ölkənin ərazisi bizim nüvə silahlarımızın hədəfinə çevriləcək”, - deyə Peskov bildirib.
