Stubb açıqladı: Finlandiya sülh dövründə nüvə silahı qəbul etməyəcək


Finlandiya Fransanın nüvə çəkindirməsi təşəbbüsünə qoşulsa da, sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil.

AFN.az Finlandiya Prezidentinin ofisinə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb açıqlayıb.

Stubb bildirib ki, Fransanın təşəbbüsü NATO çərçivəsində mövcud nüvə çəkindirməsini əvəz etmir və onunla üst-üstə düşmür.

Onun sözlərinə görə, Finlandiyanın əsas vəzifəsi NATO və Avropa İttifaqının tərkibində fəaliyyət göstərməkdir. Prezident ölkəsinin sülh dövründə ərazisində nüvə silahı yerləşdirməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Finlandiya Fransanın təşəbbüsü ilə irəli sürülən “inkişaf etmiş nüvə çəkindirməsi” layihəsinə qoşulmaq qərarını açıqlayıb. Finlandiyanın müdafiə naziri Antti Hakkanen isə bildirib ki, Fransanın təşəbbüsü iştirakçı ölkələr üçün NATO-dakı kimi kollektiv müdafiə öhdəliyi nəzərdə tutmur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu