BMT Ukraynanın qərarını alqışlayıb


BMT Rusiya ilə Ukrayna arasında vəziyyətin yaxşılaşmasına səbəb ola biləcək istənilən addımı, o cümlədən enerji infrastrukturuna zərbələrdən mümkün imtinanı müsbət qarşılayır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq bildirib. O, ABŞ Prezidenti Donald Trampın Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə razılaşdığı barədə sözlərini şərh edərkən bu fikirləri səsləndirib.

Haq neft və dizel yanacağının qiymətlərinin artmasına da toxunub. Onun sözlərinə görə, bu bahalaşmanın müxtəlif səbəbləri var və proses yalnız Rusiya və Ukraynada baş verənlərlə bağlı deyil, Yaxın Şərqdəki ümumi vəziyyət də neft qiymətlərinə təsir göstərir.

BMT rəsmisi Rusiya ilə Ukrayna arasındakı vəziyyətin yaxşılaşmasına kömək edə biləcək bütün addımların müsbət qarşılanacağını bildirib.

“Bu münaqişədə istənilən deeskalasiya əlamətinə ümid edirik”, - deyə Haq vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu