Səudiyyənin döyüş təyyarələri Yəməndə Zubab şəhəri yaxınlığını bombalayıb
Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin Taiz vilayətində, Qırmızı dəniz sahilində yerləşən Zubab şəhəri yaxınlığına bir neçə zərbə endirib.
AFN.az xəbər verir ki, bu barədə husilərə yaxınlığı ilə tanınan SABA agentliyi məlumat yayıb.
Məlumata görə, hava hücumları nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Qeyd edək ki, Yəməndə vəziyyət sentyabrın əvvəlində husilərin ölkənin cənub-qərbində hücuma keçməsi ilə kəskinləşib. Paralel olaraq husilər Qırmızı dənizin sahilyanı ərazilərinə və Taiz şəhəri ətrafına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə başlayıblar. Sentyabrın 12-də “Ənsar Allah” hərəkatının Siyasi Bürosunun üzvü husilərin Yəmənin Babül-Məndəb boğazına çıxışı olan qərb ərazilərinə nəzarətin təmin edilməsi üzrə əməliyyatı başa çatdırdığını təsdiqləyib.



