Livanda “Hizbullah” komandiri terrorçuluqda ittiham edildi


Livanda “Hizbullah” komandiri barəsində qiyabi ittiham irəli sürülüb

AFN.az xəbər verir ki, bu barədə Livanın "Al Jadeed" telekanalı məlumat yayıb.

Bildirilir ki, “Hizbullah”ın hərbi rəhbərlərindən biri olan Yasir Əlauddinə qarşı qiyabi şəkildə terrorçuluq ittihamı irəli sürülüb. Livan hüquq-mühafizə orqanlarından gizlənən Əlauddinlə bağlı qərarı hərbi prokuror Klod Qanem ölkənin şimalındakı Akkar bölgəsində gizli diversiya şəbəkəsinin saxlanılan üzvlərinin dindirilməsindən sonra verib.

Əlauddinlə yanaşı, daha 11 nəfər də cinayət fəaliyyətində ittiham olunub. Onların Suriyanın Latakiya və Tartus vilayətlərindən gəncləri qanunsuz yollarla Livana keçirərək “Hizbullah”ın təlim bazalarında hərbi hazırlıq keçmələrini təşkil etdiyi bildirilir.

Məhkəmə mənbələrinin məlumatına əsasən, qruplar Suriyada əməliyyatlar keçirmək məqsədilə silah, partlayıcı maddələr və pilotsuz uçuş aparatları ilə təmin edilib.

Prokuror Klod Qanem aşkarlanan planın çox ciddi və genişmiqyaslı olduğunu deyib. Onun sözlərinə görə, planın həyata keçirilməsi təkcə Suriyanın təhlükəsizliyinə təhdid yaratmayacaq, həm də Livanın daxilində mənfi nəticələrə səbəb ola bilərdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu