Almaniyada malyariya səbəbilə ölənlərin sayı 3-ə yüksəlib



Almaniyanın Frankfurt şəhərində ağcaqanad vasitəsilə yayılan malyariya səbəbilə daha bir nəfər həyatını itirib. Bununla da şəhərdə malyariyadan ölənlərin sayı 3-ə çatıb.

Frankfurt Bələdiyyəsinin yaydığı açıqlamaya görə, hava limanından təxminən 5 kilometr məsafədə yerləşən Şvanhaym rayonunda yaşayan bir nəfər malyariya səbəbilə vəfat edib.

Beləliklə, Frankfurtda malyariya səbəbilə həyatını itirənlərin sayı 3 olub.

Ötən ay Frankfurt Hava Limanının operatoru Fraportun 6 əməkdaşında malyariya aşkarlanıb. Onlardan 2-si həyatını itirib.

Rəsmilər insanların hava limanına gələn təyyarələr vasitəsilə daşınan anofel cinsli ağcaqanadların dişləməsi nəticəsində malyariyaya yoluxduğunu ehtimal edirlər.

Frankfurt Bələdiyyəsi ağcaqanad dişləmələrindən qorunmaq üçün sprey, uyğun geyim və ağcaqanad toru kimi vasitələrdən istifadə etməyi tövsiyə edib.

Digər tərəfdən, Frankfurt Hava Limanında malyariya daşıyan anofel ağcaqanadlarının olub-olmadığını müəyyənləşdirmək məqsədilə xüsusi ağcaqanad tələləri quraşdırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu