Volkswagen 208 mindən çox avtomobilini geri çağırır



Almaniyanın avtomobil istehsalçısı Volkswagen sükan sistemində nasazlıq riski səbəbindən ABŞ-da 208 mindən çox avtomobili geri çağırmaq qərarına gəlib.

AFN.az xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasında geri çağırmanın 2018-2021-ci il istehsalı olan bəzi avtomobillərə şamil edildiyi bildirilib.

Sözügedən geri çağırma qərarının 208 min 724 avtomobili əhatə etdiyi qeyd olunub.

Açıqlamada avtomobillərin sükan qutusu boltundakı nasazlıq səbəbindən idarəetmənin itirilə biləcəyi və bunun qəza riskini artıra biləcəyi barədə xəbərdarlıq edilib.

Geri çağırmadan 2018-ci il istehsalı Tiguan, 2018-2019-cu il istehsalı Atlas və 2019-2021-ci il istehsalı Audi Q3 seriyasının müəyyən avtomobillərinin təsirlənəcəyi bildirilib.

Volkswagen səlahiyyətli dilerlər vasitəsilə geri çağırılan bütün avtomobillərin sağ tərəfindəki sükan qutusu montaj boltunu ödənişsiz şəkildə dəyişdirəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu