"Hyundai" 226 mindən çox avtomobili geri çağırdı
"Hyundai" ABŞ-da 226 mindən çox avtomobili arxa görüntü kamerası problemlərinə görə geri çağırıb.
ABŞ Milli Avtomobil Yolları Qəza Təhlükəsizliyi Administrasiyasının (NHTSA) verdiyi açıqlamaya görə, geri çağırma bəzi 2021-2022 "Santa Fe" və "Elantra" model avtomobilləri əhatə edir.
Bildirilib ki, çap platasının zədələnməsi səbəbindən arxa görüntü kamerasının görüntüsü ekranda görünməyə bilər və bu, sürücünün görmə qabiliyyətini azalda, qəza riskini artıra bilər.
Açıqlamada sözügedən model avtomobillərin müvafiq standart tələblərinə cavab vermədiyi vurğulanıb.
Geri çağırışdan təsirlənən potensial avtomobil sayının 226 min 118 olduğu və dilerlərin arxa görüntü kamerasını pulsuz dəyişdirəcəkləri ifadə edilib.
Mənbə: AA