Qurban Qurbanov: Azarkeşlərimizi çox istəyirəm
Qurban Qurbanov azarkeşlərin stadiona az gəlməsinə münasibət bildirib
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Şəfa” ilə oyunda stadionda az azarkeşin olması ilə bağlı danışıb.
Oyundan sonra keçirilən mətbuat konfransında AFN.az-ın əməkdaşının mövzu ilə bağlı sualını cavablandırarkən Qurbanov bunları deyib: “Azarkeşlərə heç bir çağırışım yoxdur. Onlar hər şeyi yaxşı bilirlər. Ümumiyyətlə bütün klubların azərkeşləri stadiona gəlsələr daha yaxşı olar. Mən öz azarkeşlərimizi çox istəyirəm. Onlar da nə vaxt, harda olacaqlarını yaxşı bilirlər”.
Qeyd edək ki, oyun Tofiq Bəhramov adına respublika stadionunda keçirilib. Matça cəmi bir neçə yüz azarkeşin gəlməsi geniş müzakirə mövzusuna çevrilib.


