F-35 təyyarələrinin detalları səhvən Hong Konga göndərilib və itib


Hong Kong administrasiyası F-35 qırıcıları üçün nəzərdə tutulan avadanlıqların yoxa çıxması ilə bağlı xəbərləri hələlik şərh etmir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, söhbət ABŞ-ın beşinci nəsil "F-35 Lightning II" çoxməqsədli qırıcıları üçün nəzərdə tutulan komponentlərdən gedir.

Hong Kong administrasiyasının adı açıqlanmayan nümayəndəsi bildirib ki, hökumət ayrı-ayrı hallarla bağlı şərh vermir.

“Politico” qəzeti yazıb ki, qırıcıların kabin örtüklərinin də daxil olduğu yük Avstraliyadan ABŞ-a göndərilirdi. Lakin səbəbi hələlik məlum olmayan şəraitdə yük Hong Konga çatıb.

İtkin avadanlıqların radarlar tərəfindən aşkarlanmanı çətinləşdirən “stels” texnologiyasından istifadə edilməklə hazırlandığı bildirilir. Hazırda yükün harada olduğu məlum deyil.

ABŞ Müdafiə Nazirliyindən isə bildirilib ki, amerikalı rəsmilər qırıcılar üçün nəzərdə tutulan komponentlərin geri qaytarılması və hadisənin başvermə şəraitinin araşdırılması istiqamətində çalışırlar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu