Çimərlikdə şezlonq davası faciə ilə nəticələndi: 82 yaşlı kişi öldü



Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Vouliagmeni çimərliyində şezlonq istifadəsi səbəbindən iki yaşlı kişi arasında baş verən dava 82 yaşlı şəxsin ölümü ilə nəticələnib.

AFN.az xəbər verir ki, hadisə Vouliagmeni çimərliyində iki nəfər arasında şezlonq səbəbindən yaranan mübahisə zamanı baş verib.

Şahidlərin sözlərinə görə, mübahisə qısa müddətdə şiddətli davaya çevrilib və digər şəxslər də hadisəyə qarışıb.

Dava zamanı vəziyyəti pisləşərək yerə yıxılan 82 yaşlı kişiyə hadisə yerində ürək masajı edildiyi və defibrilyatordan istifadə olunduğu bildirilib.

Xəstəxanaya çatdırılan kişi həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.

Hadisə ilə bağlı 76 yaşlı digər şübhəli saxlanılıb. Onun yanında olan 21 yaşlı qadın isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Hakimiyyət orqanları davanın dəqiq səbəbini və ölümün səbəbini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu