Şikayəti olan gedib sözünü nazirə deyə bilmir - deputat Teymur Musayevi tənqid etdi
Deputat Səyyad Aran səhiyyə nazirinin vətəndaşlarla keçirdiyi qəbul zamanı insanların nazirə birbaşa müraciət etmək imkanlarının məhdudlaşdırıldığını deyib.
O, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında danışıb.
“Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur. Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları... Nəysə, bu sözü demək istəmirəm. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir”, - deyə Səyyad Aran edib.

