İran ABŞ və İsrail gəmilərini satışa çıxaracaq
İran ABŞ və İsrailə məxsus kommersiya gəmilərini satışa çıxarmağa hazırlaşır.
AFN.az xəbər verir ki, İranın Yüksək Məhkəmə Hakimiyyəti rəsmisi Həsən Əbdülianpur satışdan əldə olunacaq vəsaitin müharibədə həyatını itirənlərin ailələrinə və zərərçəkən şəxslərə ödəniləcəyini bildirib.
Məhkəmə Hakimiyyətinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Məhkəmə Vəkilləri Mərkəzinin rəhbəri Əbdülianpur İran tərəfindən ABŞ və İsrailə məxsus gəmilərin müsadirə edildiyini və onların satışa çıxarılacağını deyib.
Əbdülianpur bildirib ki, Hörmüz boğazı və Fars körfəzində bir sıra ABŞ və İsrail gəmisi məhkəmə qərarları əsasında müsadirə edilib. Onun sözlərinə görə, bu gəmilərin satışından əldə ediləcək gəlir son müharibədə zərər çəkən ailələrin və şəxslərin maddi itkilərinin qarşılanmasına yönəldiləcək.
Əbdülianpur ABŞ-ın hücumları nəticəsində Hörmüzqan əyaləti və ətraf ərazilərdə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün ekspertlərin araşdırmalara başladığını bildirib.
Onun sözlərinə görə, indiyədək Kişm, Bəndər Ləngə və Cask bölgələrində 537 zərər faktı müəyyən edilib və bununla bağlı Tehran İnqilab Məhkəməsində 100-dən çox məhkəmə işi açılıb.
Əbdülianpur maddi və mənəvi təzminat tələblərinin Tehrandakı Beynəlxalq Ədalət Məhkəməsinin 55-ci şöbəsinin hüquq departamentində araşdırıldığını qeyd edib.
O bildirib ki, məhkəmə iclasları qarşıdakı həftələrdə növbəli şəkildə keçiriləcək.

