Pezeşkian BMT-ni etimadı pozmaqda ittiham etdi
İran Prezidenti Məsud Pezeşkian BMT-nin etimadı yenidən bərpa etmək şüarına münasibət bildirib.
AFN.az xəbər verir ki, Pezeşkian etimadın insan hüquqları və bir çox beynəlxalq çərçivələrin gözardı edildiyi bir vəziyyətdə mövcud ola bilməyəcəyini deyib.
İran Prezident Administrasiyasının yaydığı yazılı açıqlamaya görə, Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlama verib.
Pezeşkian BMT-nin etimadı yenidən bərpa etmək şüarına istinad edərək etimadın insan hüquqları və bir çox beynəlxalq çərçivələrin gözardı edildiyi şəraitdə mümkün olmadığını bildirib.
İran Prezidenti BMT kürsüsündə İrana qarşı hücumlar və İran xalqının haqlı mövqeyi barədə danışacağını deyib. O, düşmənin xüsusilə Fələstin və Suriyada hücumlarını davam etdirdiyini bildirib.
Pezeşkian həmçinin ABŞ-ın törətdiyi cinayətlərin səsləndirilməsindən qorxduğu üçün İranın media heyətinə viza vermədiyini iddia edib. O bildirib ki, ölkəsinin mövqeyini BMT-də olan beynəlxalq media vasitəsilə dünya ictimaiyyətinə çatdıracaq.
İran Prezidenti ABŞ və İsrailin müharibə yolu ilə İranı təslim olmağa məcbur edə bilmədiyini qeyd edib. Onun sözlərinə görə, həmin ölkələr bu məqsədə quru və dəniz blokadaları, media vasitələri və İranın zəif tərəflərindən istifadə etməklə çatmağa çalışırlar.
