Brüsseldə alkoqol qadağası 4 il uzadıldı



Belçikanın paytaxtı Brüsselin mərkəzində bəzi ictimai ərazilərdə tətbiq olunan alkoqol istehlakı qadağası daha 4 il uzadılıb. 

AFN.az xəbər verir ki, Brüssel Bələdiyyə Şurası daha əvvəl hər il yenilənən qadağanın bu dəfə 4 il müddətinə qüvvədə qalmasına qərar verib.

Belçikanın rəsmi Belqa xəbər agentliyinin məlumatına görə, qadağa Brüsselin piyadalar üçün nəzərdə tutulmuş ərazisində, eləcə də şəhər mərkəzindəki bəzi küçə və meydanlarda tətbiq olunur.

Günün 24 saatı qüvvədə olan qadağa restoran və barların terraslarına, həmçinin bələdiyyənin icazə verdiyi və ya təşkil etdiyi kommersiya, əyləncə və idman tədbirlərinə şamil edilmir.

Qadağanı pozan şəxslər 500 avroya qədər inzibati cərimə ilə üzləşə bilərlər.

Qərarın tətbiqinə şəhər mərkəzində sərxoş şəxslərin yaratdığı təhlükəsizlik problemləri və səs-küylə bağlı şikayətlərdən sonra 2020-ci ilin fevralında başlanılıb.

İlk mərhələdə yalnız gecə yarısından səhər saatlarına qədər tətbiq edilən qadağa 2021-ci ilin oktyabrında yeni küçə və meydanları əhatə edəcək şəkildə genişləndirilib və günün 24 saatına keçirilib.

Qadağa sonrakı illərdə bələdiyyə şurasının qərarları ilə hər dəfə bir il müddətinə uzadılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu