Tramp ABŞ-ın sursat ehtiyatlarının azaldığı iddialarını rədd etdi
ABŞ Prezidenti Donald Tramp ölkəsinin sursat ehtiyatlarının azaldığı barədə iddiaların doğru olmadığını bildirib.
AFN.az xəbər verir ki, Tramp ABŞ-ın daha əvvəl görünməmiş səviyyədə sursat istehsal etdiyini deyib.
Prezident Tramp sosial media hesabında ABŞ-ın sursat anbarlarının aşağı səviyyəyə düşdüyü barədə iddialara münasibət bildirib.
Tramp bu iddiaların doğru olmadığını müdafiə edib və ABŞ-ın istifadə etməyi planlaşdırdığından daha çox sursata malik olduğunu, hazırda isə əvvəl heç vaxt görülməmiş səviyyədə istehsal həyata keçirdiklərini bildirib.
Son günlər mediada ABŞ-ın İsraillə birlikdə İrana qarşı həyata keçirdiyi hücumlarla başlayan müharibə səbəbindən ölkənin sursat ehtiyatlarının azaldığı barədə xəbərlər yayılıb.
ABŞ Müdafiə Nazirliyinin Pentaqon üzrə müfəttişinin sentyabrın 14-də yayımladığı hesabatda da müharibənin ABŞ-da sursat çatışmazlığına və təchizat zəncirlərində darboğaza səbəb olduğu qeyd edilib.
ABŞ administrasiyası isə sursat ehtiyatlarının kifayət etdiyini bildirir. Pentaqonun sözçüsü də ölkənin zəruri hərbi imkanlara malik olduğunu açıqlayıb.
