Sabahdan BDU-da dərslər onlayn rejimə keçir - Yenilənib
Bakı Dövlət Universitetindən bildirilib ki, “Formula-1” tədbiri ilə əlaqədar olaraq 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslər distant (məsafədən) formada təşkil olunacaq.
***
Bakı Dövlət Universitetində dərslər sabahdan onlayn keçiriləcək.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb son günlər şəhərdəki tıxaclardır.
Dərslər həftəsonuna qədər onlayn rejimdə davam edəcək.
Artıq tələbələr bu barədə məlumatlandırılıb.



