Ərdoğan BMT-də Şimali Kiprin tanınmasını tələb etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımağa və onunla siyasi, diplomatik və iqtisadi münasibətlər qurmağa çağırıb.

AFN.az xəbər verir ki, Ərdoğan bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.

Türkiyə prezidenti daha əvvəl BMT Baş Assambleyasından səsləndirdiyi çağırışı yenidən diqqətə çatdırıb.

O bildirib ki, Kipr türklərinin suveren bərabərliyi və beynəlxalq hüquq müstəvisində bərabər statusu tanınmalıdır.

Ərdoğan Şimali Kipr türklərinin məruz qaldığını bildirdiyi təcridin aradan qaldırılmasını istəyib.

“Beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa, bu dövlətlə siyasi, diplomatik və iqtisadi əlaqələr qurmağa çağırıram”, - Türkiyə prezidenti bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu