Ərdoğanın ilk xarici səfəri açıqlandı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət ənənəsi olaraq prezident seçkilərindən sonra ilk xaricə səfərini Şimali Kipr Türk Respublikası (ŞKTC) və Azərbaycana edəcək.


Prezident Ərdoğan 28 May seçkilərində yenidən prezident seçildikdən sonra ilk xaricə səfərini 12 iyun bazar ertəsi Şimali Kipr Türk Respublikasına edəcək.

KKTC prezidenti Ersin Tatar və baş nazir Ünal Üstel ilə görüşəcək Ərdoğan, təkbətək görüş və iş yeməyindən sonra Prezident sarayında Tatarla birgə mətbuat konfransı keçirəcək.

Görüşlərdə Kiprlə bağlı gələcəkdə atılacaq addımların qiymətləndirilməsi və Şərqi Aralıq dənizindəki hadisələrin müzakirəsi gözlənilir.

Prezident Ərdoğan çərşənbə axşamı, iyunun 13-də Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə təkbətək və heyətlərarası görüşlər keçirəcək. İkitərəfli əlaqələrin inkişafı istiqamətində atılacaq addımların və iki ölkə arasında əməkdaşlıq sahələrinin müzakirə olunacağı görüşlərdə regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu