Ərdoğan Türkmənistana gedir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanbu gün Türkmənistana gedəcək.


AFN.az NTV. Haber-ə istinadən yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının I Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edəcəyi bildirilib. Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə dekabrın 14-də prezident Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Avazada keçiriləcək sammitdə üç dost və qardaş ölkənin, xüsusilə ticarət sahəsində əməkdaşlığı, enerji və nəqliyyat sahəsində işbirliyi daha da dərinləşdiriləcək. Bununla bağlı atılacaq addımların müzakirə ediləcəyi qeyd edilib.
Qeyd edək ki, sammit münasibətilə yuxarıda adı çəkilən sahələrdə əməkdaşlığı gücləndirəcək sazişlər imzalanacaq, prezident Ərdoğan ikitərəfli görüşlər də keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu