Aİ-nin Rusiyaya qarşı fərdi sanksiyaları 2029-cu ilədək uzadıldı
Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan fərdi sanksiyaların müddətini daha üç il uzadıb.
AFN.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı açıqlamada bildirilib.
Qərara əsasən, sanksiyalar 2029-cu il sentyabrın 22-dək qüvvədə qalacaq.
Məlumata görə, məhdudlaşdırıcı tədbirlər hazırda 3 mindən çox fiziki və hüquqi şəxsə şamil olunur.
Aİ Şurasının açıqlamasında sanksiyaların müddətinin uzadılması barədə qərarın qəbul edildiyi qeyd olunub.




