Prezident azad edilmiş ərazilərdə yataqların işə salınmasından danışdı - VİDEO


Prezident İlham Əliyevin sosial media hesablarında “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışından bir hissənin videosu paylaşılıb.

AFN.az xəbər verir ki, dövlət başçısı videoda işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləri barədə danışıb.

“Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq”, - Prezident İlham Əliyev bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu