Yaponiyada Dujuan tayfununda ölənlərin sayı 9-a çatdı



Yaponiyada həftənin əvvəlindən etibarən təsirli olan Dujuan tayfunu nəticəsində həyatını itirənlərin sayı 9-a yüksəlib.

AFN.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasında Dujuan tayfununun paytaxt Tokio və ətraf prefekturalar da daxil olmaqla ölkənin şərqində təsirini davam etdirdiyi bildirilib.

Açıqlamada güclü yağışların həftə ərzində davam edə biləcəyi barədə xəbərdarlıq edilib.

Kyodo agentliyinin məlumatına görə, tayfun nəticəsində ölənlərin sayı 9-a çatıb.

Həlak olanlardan 6-nın Çiba, 3-nün isə Kanaqava prefekturasından olduğu bildirilib.

Tayfun səbəbindən itkin düşən 4 nəfərin axtarışları davam edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu