ABŞ-da ipoteka faizləri 7 faizi keçdi
ABŞ-da 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi ötən həftə 7,12 faizə yüksələrək 2024-cü ilin mayından bəri ən yüksək səviyyəyə çatıb.
AFN.az xəbər verir ki, İpoteka Bankirlər Assosiasiyası 18 sentyabrda başa çatan həftə üzrə ipoteka müraciətlərinə dair məlumatları açıqlayıb.
Məlumata görə, ipoteka müraciətləri ötən həftə əvvəlki həftə ilə müqayisədə 1,5 faiz azalıb.
Bu dövrdə mənzil almaq üçün ipoteka müraciətləri 1 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 3 faiz geriləyib.
ABŞ-da 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 6,97 faizdən 7,12 faizə yüksəlib.
Eyni dövrdə 15 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi də 6,30 faizdən 6,43 faizə çatıb.
İpoteka Bankirlər Assosiasiyasının sədr müavini Coel Kan bildirib ki, mənzil kreditləri üzrə faizlər ötən həftə kəskin yüksələrək 2024-cü ilin mayından bəri ən yüksək səviyyəyə çatıb.



