ABŞ Hindistana Rusiya ilə iqtisadi əlaqələrə görə sanksiya xəbərdarlığı edib
ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subramanyam Ceyşankarla görüşündə Rusiya və İranla iqtisadi əlaqələr saxlayan ölkələrə qarşı tətbiq oluna biləcək sanksiyaları müzakirə edib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı yazılı açıqlamada bildirilib.
Görüş sentyabrın 23-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilib. Tərəflər Yaxın Şərqdəki vəziyyət və digər regional məsələlərlə yanaşı, Rusiya və İranla iqtisadi əlaqələri davam etdirən ölkələrə qarşı mümkün sanksiyaları müzakirə ediblər.
Qeyd edək ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Sənəd ABŞ prezidentinə Rusiya nefti və qazının əsas alıcıları olan ölkələrə 100 faizə qədər gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Hindistan Rusiyanın əsas enerji alıcılarından biridir.
