ABŞ-Ukrayna birgə fondu ilk mineral hasilatı layihəsinə başlayır


ABŞ və Ukraynanın birgə investisiya fondu kritik əhəmiyyətli mineralların hasilatı sahəsində ilk sazişini bağlayıb.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) nümayəndəsinə istinadən məlumat yayıb.

DFC nümayəndəsi Konor Koulmanın sözlərinə görə, fondun layihələrinin ümumi dəyəri təxminən 70 milyon dollara çata bilər.

Kritik minerallarla bağlı ilk saziş çərçivəsində təxminən 30 milyon dolların Ukraynanın BGV Group şirkəti ilə birgə investisiya platformasına yatırılması planlaşdırılır. İlkin mərhələdə platforma Ukraynada, o cümlədən nadir torpaq metalları, uran, berillium və sirkonium yataqlarının işlənməsinə fokuslanacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu