Tayvan ABŞ-dan ilk iki F-16C Block 70 qırıcısını təhvil alıb



Tayvan ABŞ-dan sifariş etdiyi 66 ədəd F-16C/D Block 70 qırıcısından ilk ikisini təhvil alıb.

AFN.az xəbər verir ki, bu barədə Amerikanın “War Zone” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, təxminən yeddi illik gözləmədən sonra Tayvana göndərilən bu təyyarələr son 25 ildə ölkəyə çatdırılan ilk yeni istehsal olunmuş qırıcılar olub.

Qırıcıların Cənubi Karolinadakı zavoddan Tayvana uçuşu Havay adalarında yaranan gözlənilməz texniki gecikmələr səbəbindən bir ay yarım çəkib. Təyyarələr Quam üzərindən keçərək yalnız oktyabrın əvvəlində adaya çatıb.

Ümumi dəyəri təxminən 8 milyard dollar olan müqavilənin icrası təchizat zəncirindəki problemlər, pandemiyanın nəticələri və yeni “Viper Shield” radioelektron mübarizə kompleksinin hazırlanmasının uzanması səbəbindən dəfələrlə təxirə salınıb.

“War Zone”un məlumatına görə, Tayvana çatdırılan qırıcılar APG-83 SABR radarları və IRST21 Legion-ES infraqırmızı hədəf aşkarlama sistemləri ilə təchiz olunub.

Növbəti tədarüklərin ilin sonunadək həyata keçirilməsi gözlənilir. ABŞ-da isə daha 63 təyyarə müxtəlif yığım və sınaq mərhələlərindədir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu